Hava Limanı yolunda sürət həddi bərpa olunub | YENİLƏNİB

Hava Limanı yolunda sürət həddi bərpa olunub |  YENİLƏNİB
  29 Yanvar 2026    Oxunub:1413
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə AzVision.az -a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

* * *


11:55
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az -a verilən məlumata əsasən, mərkəzin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik ediblər. Eyni zamanda, bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

AzVision.az


Teqlər: yol   sürət-həddi  



Xəbər lenti